Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Spirtli içki istehlakına mədəni, tarixi, iqtisadi və sosial amillər təsir göstərir. Avropa ölkələri müntəzəm olaraq ən çox içən ölkələr arasında yer alır, Yaxın Şərq və Mərkəzi Asiyanın bəzi ölkələri isə əksinə, demək olar ki, spirtli içki qəbul etmir.
Bu tendensiya postsovet məkanında da özünü göstərir.
“Cebheinfo.az” xəbər verir ki, bu, Ümumdünya Səhiyyə Təşkilatının hesabatında yer alıb. Məlumatına görə, keçmiş Sovet İttifaqı ölkələri arasında 2022-ci ildə Gürcüstan adambaşına ən çox spirtli içki istehlak edib - ildə adambaşına 15,5 litr.
Bu, dünyada Rumıniyadan sonra ikinci yer deməkdir. Latviya və Moldova da ən çox spirtli içki içənlər arasında yer alıblar - adambaşına müvafiq olaraq 14,7 və 14,1 litr.
Reytinqdə 10,5 litr spirtli içki ilə Rusiya Estoniya ilə bərabər sıradadırdr. İrlandiya da oxşar rəqəmlərə sahibdir. Ukrayna adambaşına orta hesabla 7,4 litr spirtli içki istehlak edib.
Ermənistan sakinləri daha az spirtli içki istehlak ediblər - adambaşına 4,3 litr. Bu rəqəm Hindistan və Çindən bir qədər aşağıdır, bu ölkələrdə rəqəm 4,5 litrdir.
Postsovet ölkələri arasında Tacikistan sakinləri ən az spirtli içki içənlərdir - adambaşına 0,7 litr. Özbəkistan və Azərbaycan da ən az spirtli içki içənlər arasındadır.
2022-ci ildə qlobal orta spirtli içki istehlakı 5,8 litr təşkil edib. Beləliklə, postsovet ölkələrinin əksəriyyətində spirtli içki istehlakı qlobal orta göstəricini xeyli üstələyib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.