ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın ali lideri Ayətullah Əli Xamenei ciddi narahat olmalıdır.
Ölkə.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “NBC News”ə müsahibəsində İranla ABŞ arasındakı gərginlik barədə danaışrkən deyib.
"Bəli, o, çox ciddi narahat olmalıdır. Bizim ucbatımızdan həmin ölkə hazırda çox pis vəziyyətdədir. Biz ora müdaxilə edib nüvə infrastrukturunu məhv etdik. Əgər biz onların nüvə silahlarını məhv etməsəydik, Yaxın Şərqdə sülh olmazdı. Çünki ərəb ölkələri bunu heç vaxt edə bilməzdilər. Onlar İrandan çox qorxurdular. Artıq İrandan qorxmurlar”, - deyə Tramp bildirib.
O əlavə edib ki, İranın alternativ obyektlərdə nüvə proqramını bərpa etməyi düşündüyü barədə məlumatlandırılıb. "Onlar ölkənin başqa bir hissəsində yeni bir obyekt tikməyi düşünürdülər. Biz bu barədə məlumat əldə etdik. Mən dedim ki, əgər bunu etsəniz, sizə zərər verəcəyik", - Tramp qeyd edib.
Mürtəza
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.