RU

Türkiyədən Yunanıstana xəbərdarlıq

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Yunanıstan siyasətçilərinin Egey dənizində ərazi sularını 12 milə qədər genişləndirmə barədə bəyanatları ilə bağlı ölkəmizin mövqeyi aydındır”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk bildirib.

“Türkiyə olaraq hesab edirik ki, Egey dənizində ədalətli, xoşniyyətli və beynəlxalq hüquq prinsiplərinə uyğun dəniz sərhədlərinin bölgüsü yalnız qarşılıqlı dialoq və xoş niyyət çərçivəsində mümkün ola bilər.

Yunanıstanın mövcud mübahisələri nəzərə almayan və Türkiyə tərəfinin hüquqlarını pozan birtərəfli addım, iddia və açıqlamaları beynəlxalq hüquqa ziddir və qəbul edilə bilməz. Bu açıqlamalar ölkəmiz üçün heç bir hüquqi nəticə doğurmur”, - o bildirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
53
4
cebheinfo.az

5Источники