RU

“Epşteyn işi” sionistlərin Trampa təzyiq kartıdır Amerikalı politoloqdan sensasiya

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“İranla müharibə mövzusu gündəmdə olsa da hələ ki, təsdiq olunmayıb. Türkiyədə keçirilməsi nəzərdə tutulan danışıqlarda Səudiyyə Ərəbistanı, Qətər, Oman, Misir və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir çox iştirakçı var. Bu ölkələr İrandakı vəziyyətdən narahatdırlar və müharibənin qarşısını almağa çalışırlar”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında fələstinli politoloq, Amerikanın Rutgers Universitetində Yaxın Şərq və siyasi elmlər üzrə tədqiqatçı Əbdül Həmid Siam deyib.

Onun sözlərinə görə, danışıqlar müharibənin alovlanmasının qarşısını ala bilər, lakin hücum təhlükəsi altında keçirildiyi üçün balansın tam qorunmadığını demək olar:

“ABŞ İran yaxınlığında müasir dövrün ən böyük donanmasını toplayıb və iranlıların başı üzərində qılınc qaldırmaqla istənilən vaxt hücum edə bilər. Türkiyə, Misir və Səudiyyə Ərəbistanı qəti şəkildə hərbi müdaxiləyə qarşı çıxmasa və danışıqlar üçün ABŞ-a təzyiq göstərməsə bu, balansın və mümkün razılaşmanın əldə olunmasına mane ola bilər”.

Politoloq Epşteyn sənədləri haqqında fikir bildirərkən isə deyib ki, bu, bir növ sionistlərin Trampa təzyiq göstərmək üçün istifadə etdiyi kartdır:

“Məsələni tam araşdırmamışam, amma əminəm ki, onların əlində Tramp və administrasiyasının bir çox üzvünə qarşı nəsə var. ABŞ ilə İsrail arasındakı güclü ittifaqdan yayınmamaq üçün Trampı hədələyirlər. Demək istəyirlər ki, “bizdə sizə qarşı bir şey var, ona görə də biz istədiyimiz kimi hərəkət etməlisiniz”. Lakin Trampla bu alınmayacaq. O, müstəqil adamdır və bir gecədə qərar verə, fikrini dəyişə bilər. Heç kim onun növbəti addımının nə olacağını təxmin edə bilməz. O, sosial mediada Epşteyn qalmaqalı ilə hər hansı bağlılığını inkar etdi. Amma yenə də düşünürəm ki, həlledici məqam noyabr ayındakı ara seçkilər (prezidentin vəzifə müddətinin yarısında keçirilən seçkilər, -red) olacaq”.

Əbdül Həmid Siam

Ekspert hesab edir ki, demokratlar hər iki palataya nəzarət edə bilsələr, Trampı impiçment etmək və vəzifəsindən uzaqlaşdırmaq istiqamətində irəliləyəcəklər:

“Əgər onu vəzifədən uzaqlaşdırsalar, həbs olunmaq və məhkəməyə verilmək üçün həssas vəziyyətə düşəcək. Respublikaçılar seçkilərdə ciddi fərqlə uduzsa, partiya buna görə Trampı günahlandıra bilər. Və onu vəzifədən uzaqlaşdırmağı dəstəkləyən səslərin sayı arta bilər. Bu baxımdan Amerikanın daxili siyasətində ciddi dəyişikliklər olacaq.

Amma buna çox da güvənmək olmaz. Düşünürəm ki, onlar Nümayəndələr Palatasında üstünlüyü ələ alacaqlar, lakin Senata tam nəzarət etməyəcəklər. Ara seçkilər zamanı Senatdakı yerlərin üçdə biri səsverməyə qoyulur. Yəni hətta yerlərin üçdə birinin böyük hissəsini qazansalar belə, Senatda həlledici çoxluğa sahib olmayacaqlar. Lakin Senatdakı yerlərin üçdə birinin hamısını qazanmaq ehtimalı da var. Demokratlar hər iki palataya nəzarət edə bilməsələr, o, bunu populyarlığı ilə bağlı referendum kimi qəbul edəcək. Beləliklə, Tramp vəzifəsinin son iki ilində daha da cəsarətli, daha aqressiv olacaq və ola bilsin ki, radikal addımlar atacaq.

Buna görə də noyabr ayında keçiriləcək ara seçkilərin nəticələri gözləməliyik. Trampın gələcəyi noyabr ayında müəyyən ediləcək”.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
73
globalinfo.az

1Источники