RU

Qrossi “Pakş 2”ni karbonsuz gələcəyə doğru mühüm addım adlandırdı

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Pakş-2” layihəsi çətinliklərə baxmayaraq irəli getmək əzminin, güclü iradənin və qətiyyətin bariz nümunəsidir.

Bizimyol.info xəbər verir ki, bu barədə BAEA-nin (Beynəlxalq Atom Enerjisi Agentliyi) baş direktoru Rafael Qrossi “Rosatom”un layihəsi əsasında inşa edilən “Pakş-2” AES-in təməlində ilk betonun tökülməsi mərasimində çıxışı zamanı bildirib.

Qrossinin sözlərinə görə, layihə qarşıya çıxan bütün maneələrə rəğmən irəliləmək istəyinin təcəssümüdür. “Dörd-beş ildən sonra bu layihə fəaliyyətə başlayanda ölkəniz daha balanslı enerji istehsalı sisteminə sahib olacaq. Siz hamımızın arzuladığı karbonsuz gələcəyə doğru böyük bir addım atmış olacaqsınız. Bu, CO₂ emissiyalarından imtinanın proqnozlaşdırılan və etibarlı enerji mənbəyinin mövcudluğu ilə uzlaşdırıldığı ən optimal yoldur”, – deyə BAEA rəhbəri vurğulayıb.

Qrossi “Rosatom” dövlət korporasiyasının qlobal bazardakı geniş iştirakını da xüsusi qeyd edib. “Rosatom” çoxsaylı bazarlarda fəaliyyət göstərir – Rusiyada mütəmadi olaraq yeni enerji blokları inşa olunur, Asiyada, burada Avropada, Afrikada və bildiyim qədərilə yaxın zamanda Latın Amerikasında da layihələr həyata keçirilir. Buna görə də sizi bu layihənin inşası münasibətilə təbrik edir və bunun BAEA ilə sıx əməkdaşlıq şəraitində baş tutmasını yüksək qiymətləndirirəm. Bizim vəzifəmiz fosil yanacaqlara təhlükəsiz və etibarlı alternativlər təqdim etmək, eyni zamanda nüvə silahlarının yayılmaması məsələlərini də diqqətdə saxlamaqdır”, – deyə o əlavə edib.

Onun sözlərinə əsasən, BAEA və Macarıstan təkcə Avropada coğrafi baxımdan yaxın qonşular deyil, həm də nüvə sənayesinin inkişafı və bu sahədə beynəlxalq səylərin birləşdirilməsi məsələlərində eyni düşüncəni bölüşən tərəfdaşlardır. ““Pakş-2” AES sayəsində atom enerjisi ilə bağlı statistik göstəricilər yaxın gələcəkdə artacaq. Bu heyrətamiz səyahətin – “Pakş-2” layihəsinin bir hissəsi olmağa dəvət edildiyim üçün çox məmnunam”, – deyə Rafael Qrossi bildirib.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
bizimyol.info

1Источники