RU

Milli Hidrometeorologiya Xidməti: Soyuq hava qlobal istiləşməni təkzib etmir

Dünyanın müxtəlif bölgələri Sibir mənşəli soyuq hava kütlələrinin təsirinə məruz qaldığı bir vaxtda iqlim dəyişikliyi anlayışının düzgün başa düşülməməsi onlayn mühitdə yanlış mülahizələrin və dezinformasiyanın yayılmasına səbəb olur.

Bu yanaşma atmosfer hadisələri ilə uzunmüddətli iqlim proseslərinin bir-biri ilə qarışdırılmasından irəli gəlir və iqlim mövzusunda yanlış təsəvvürlərin formalaşmasına zəmin yaradır. Gəlin, məsələni faktlar əsasında araşdıraq.

Hava şəraiti müəyyən bir vaxt və məkanda müşahidə olunan qısamüddətli atmosfer vəziyyətidir.

İqlim isə konkret bir ərazidə hava göstəricilərinin onilliklər (adətən 30 il və ya daha çox) ərzində formalaşan orta və tipik xüsusiyyətlərini əks etdirir. Başqa sözlə, bir neçə günlük soyuq epizodlar iqlim meyillərini əks etdirmir.

Aparılan müşahidələr göstərir ki, son onillik planet miqyasında ən isti dövrlərdən biri kimi qeydə alınıb və bu dəyişiklik əsasən atmosferdə istixana qazlarının yığılması ilə əlaqədardır. Nəticədə ölkələr daha tez-tez həm isti, həm də soyuq ekstremal hava hadisələri ilə üzləşir.

Soyuq hava epizodları sinoptik proseslərin nəticəsidir, qlobal səviyyədə temperaturun mərhələli yüksəlməsi isə onilliklər üzrə qiymətləndirilən iqlim tendensiyasıdır. Elmi müşahidələr – yerüstü stansiyalar, peyklər və okean ölçmələri eyni nəticəni göstərir: planet istiləşir və bu proses sürətlənir. Qeyd etdiyimiz kimi, soyuq hava qlobal istiləşməni və iqlim böhranını təkzib etmir.

Избранный
38
6
teleqraf.com

7Источники