RU

AİB Azərbaycanın da iştirak etdiyi layihəyə texniki yardımı təsdiqləyib

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın inkişaf etməkdə olan üzv ölkə kimi iştirak etdiyi "Özəl kapitalin cəlb edilməsi göstəricisinin hazırlanması və tətbiqinə dəstək" (Support for Development and Implementation of the Private Capital Enabled (PCE) Metric) layihəsi üçün 2 milyon dollarlıq texniki yardım proqramını təsdiqləyib.

Bankın məlumatına görə, layihə Texniki Yardım üzrə Xüsusi Fond tərəfindən maliyyələşdirilir və kompleks PCE metodologiyasını tərtib etdirməyi və onu AİB-ə üzv ölkələrdəki müxtəlif layihələrdə tətbiq etməyi hədəfləyir.

Təşəbbüs Azərbaycanla yanaşı, Mərkəzi, Cənub, Cənub-Şərqi, Şərqi Asiya və Sakit Okean ölkələrini də əhatə edir. Təşəbbüs regional inkişafda özəl sektorun iştirakını genişləndirməyi və AİB-in inkişaf etməkdə olan üzv ölkələrində davamlı iqtisadi artımı təmin etmək üçün özəl kapitalın səfərbər edilməsində bankın rolunu gücləndirməyi hədəfləyir.

Избранный
33
vergiler.az

1Источники