ain.az bildirir, Sia Az saytına əsaslanaraq.
Şərur rayonunun Çomaxtur və Xələc kəndlərini mavi yanacaqla təmin edən boru xətti korroziyaya uğrayıb.
SİA-nın bölgə müxbiri xəbər verir ki, buna görə yeraltı boru yerüstü xətlə əvəzlənir. Bununla əlaqədar bu gün saat 16-dək 973 abonentin qaz təchizatında məhdudiyyət olacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin kəndlərə qazın verilişi bərpa ediləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.