Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı İlham İsmayılov özünə birinci müavin təyin edib.
Publika.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, icra başçısı bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, başçının birinci müavini vəzifəsinə Məhluqə Cavadova təyin olunub.
Qeyd edək ki, icra başçısının bir neçə ildir birinci müavini yox idi. M.Cavadova isə yeni təyinatdan əvvəl başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2014-cü ildən bu vəzifəni icra edirdi. Yeni struktur dəyişikliyi nəticəsində bu vəzifə ləğv edilib.