RU

BTQ: Fransa müstəmləkə ərazilərində yerli əhalini torpaqlarından çıxmağa məcbur edir

Fransa süni intellekt və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi, qlobal iqtisadiyyatın yeni texnoloji mərhələyə qədəm qoyduğu bir dövrdə, müstəmləkə ərazilərini istismar etmək və yerli əhalini hüquq və zor aparatı vasitəsilə nəzarətdə saxlamaq siyasətini davam etdirir, yerli əhalini doğma torpaqlarını tərk etməyə məcbur edir.

AzNews.az xəbər verir ki, Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb.

Qeyd edilib ki, 2019 və 2025-ci illər üzrə yerli kanak əhalisinin siyahıyaalma nəticələri Kanakidə (Yeni Kaledoniya) sistemli və dərinləşən demoqrafik tənəzzülün yaşandığını açıq şəkildə ortaya qoyur:

"2019-cu ildə ərazinin daimi əhalisi 271 407 nəfər təşkil etdiyi halda, 2025-ci ildə bu göstərici 264 596 nəfərə enmişdir. Son altı il ərzində Kanakidə əhali sayında 6811 nəfərlik azalma qeydə alınmışdır. Bu geriləmə təxminən 2,5 faiz demoqrafik azalmaya bərabər olmaqla, hər il orta hesabla 1200-dən artıq şəxsin Yeni Kaledoniyanı tərk etməsi ilə xarakterizə olunur və son 75 il ərzində ilk dəfə müşahidə edilən demoqrafik tənəzzül kimi qiymətləndirilir".

Bildirilib ki, Kanaki əhalisinin ərazini tərk etməsi ilə paralel olaraq ümumi əhali strukturunda yaşlanma prosesi sürətlənir, uşaq və gənc əhalinin çəkisi isə azalır, bu da demoqrafik geriləmənin daha qabarıq və kəskin şəkildə görünməsinə gətirib çıxarır:

"Statistik məlumatlara əsasən, Kanakinin Fransa tərəfindən məqsədli şəkildə sosial-iqtisadi inkişafdan kənarda saxlanılması, təhsil və məşğulluq imkanlarının məhdudlaşdırılması, yerli əhali üçün sabit gələcək perspektivlərinin qeyri-müəyyənliyi, sosial-iqtisadi vəziyyətin getdikcə pisləşməsi, səhiyyə və ictimai xidmətlərə əlçatanlığın məhdud olması, ədalətli məhkəmə sisteminin mövcud olmaması, eləcə də Metropoldan (Fransadan) qeyri-qanuni göstərişlər alan hüquq-mühafizə orqanlarının sərt, repressiv və ayrı-seçkilik yaradan davranışları, təhlükəsizlik mühitinin pisləşməsi və siyasi, iqtisadi, sosial hüquqların ardıcıl və sistemli şəkildə məhdudlaşdırılması, Kanaki əhalisi arasında kütləvi miqrasiya meyllərinin güclənməsinin əsas səbəblərindən hesab olunur".

Избранный
44
11
aznews.az

10Источники