Bakı. Trend:
Məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə Plan(Plan) təsdiq edilib.
Trend-inməlumatına görə, bununla bağlı Ali Məhkəmənin sədri İnam Kərimovmüvafiq qərar imzalayıb.
Qərara əsasən, monitorinq respublikanın bütün kommersiyaməhkəmələrini və apellyasiya instansiyası məhkəmələrinin kommersiyakollegiyalarını əhatə etməklə, 2026-cı il aprel 1-dən2027-ci il aprel 1-dək olan dövr ərzində həyatakeçiriləcək.
Monitorinq məhkəmələrdən anket (cavablandırılması nəzərdətutulan suallar toplusuna dair sorğu) məlumatlarının toplanılmasıvə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğuməhkəmələrdə həmin sistemin imkanlarından istifadə edilməsiüsulları vasitəsilə icra olunacaq.
Ali Məhkəmənin Aparatı Planın icrası ilə bağlı olaraq Kommersiyakollegiyası ilə razılaşdırılmaqla “Məhkəmələr tərəfindən maddi vəprosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyannöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətininmonitorinqinin aparılması Qaydası”nda nəzərdə tutulmuş tədbirlərinhəyata keçirilməsini təmin etməlidir.