RU

Diaş ziyana düşüb

Ruben Diaş qeyri-müəyyən məbləğdə ziyana düşüb. “Mançester Siti”nin müdafiəçisinin evi qarət olunub.

"Football-plus.az" xəbər verir ki, hadisə portuqaliyalı futbolçunun komandasının Çempionlar Liqasının “Qalatasaray”la oyunu (2:0) zamanı baş verib. Ruben həmin vaxt stadionda olub, onun britaniyalı televiziya aparıcısı olan sevgilisi isə Cənubi Afrikada çəkilişdə iştirak edib.

Qeyd edək ki, Diaş zədəli olduğu üçün Türkiyə çempionuna qarşı oynamayıb.

Onun Alderli-Edc ərazisində yerləşən malikanəsinə daxil olan naməlum şəxslər zinət əşyaları, elektronika, geyimlər və digər qiymətli əşyaları oğurlayıblar. Yerli polis hadisəni təsdiqləyib, ilkin məlumatda saxlanılan şəxsin olmadığı, araşdırmaların davam etdirildiyi bildirilir.

Избранный
20
football-plus.az

1Источники