RU

Tramp Xameneiyə son şans verdi: İran bunu etməsə sabah müharibə başlayacaq

Omanın paytaxtı Maskatda İranın xarici işlər naziri Abbas Araqçı, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner arasında danışıqlar keçiriləcək.

KONKRET.az xəbər verir ki, müzakirələrin əsas mövzuları İranın ballistik raket proqramı və Tehrana bağlı proksi qüvvələrin fəaliyyəti olsa da, İran yalnız uranın zənginləşdirilməsinin məhdudlaşdırılması məsələsi üzrə dialoqa hazır görünür.

Tehran əvvəl razılaşdırılmış formatı dəyişərək görüşün İstanbuldan Maskata köçürülməsini və Türkiyə, Misir, Səudiyyə Ərəbistanının prosesdən kənarda saxlanmasını tələb edib. Mənbələrə görə, məqsəd danışıqların gündəliyini daraltmaq və yalnız nüvə məsələsinə fokuslanmaqdır.

Vaşinqtonun mövqeyi sərt olaraq qalır. Tramp İran sahillərinə iri hərbi-dəniz qüvvələrinin göndərildiyini bildirib və diplomatiya nəticə verməzsə, hərbi variantın istisna edilmədiyini açıqlayıb.

Bu, ABŞ və İran arasında Omanın vasitəçiliyi ilə aparılan ilk danışıqlar deyil. 2025-ci ildə keçirilən əvvəlki görüşlər nəticəsiz qalıb və sonradan bölgədə gərginlik daha da artıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
69
konkret.az

1Источники