RU

Vernidubdan gənclər üçün özəl proqram: “İstedadlısınız, daha çox çalışın”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub gənc futbolçular barədə qərar qəbul edib.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət komandanın üzvləri Ağadadaş Salyanski və Murad Məmmədovdan gedir. Təcrübəli mütəxəssis iki oyunçu üçün xüsusi proqram hazırlayıb.

Vernidub onlardan klubun bazasında qalmağı və ancaq öz üzərlərində çalışmağı tələb edib. O, hər iki oyunçuya istedadlı olduqlarını, özlərini bir az daha inkşaf etdirmələrini bildirib.

Xatırladaq ki, Məmmədovla Salyanskinin yayda “Neftçi” ilə müqavilələri başa çatır. 

Избранный
8
idmanxeber.az

1Источники