RU

Qvardiola “Mançester Siti”dən ayrılmağa hazırlaşır

BBC-nin məlumatına görə, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola cari mövsümün sonunda klubdan ayrılmağı planlaşdırır. Bildirilir ki, ispan mütəxəssisin klubdakı gələcəyi hələ də qeyri-müəyyəndir və yekun qərar mövsüm başa çatdıqdan sonra veriləcək.

Məlumata əsasən, Qvardiola fikrini dəyişərək komandada qalacağı təqdirdə belə, onun 2027-ci ilə qədər qüvvədə olan müqaviləsinin uzadılması ehtimalı yüksək qiymətləndirilmir.

Qeyd edək ki, “Mançester Siti” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Komanda 24 turdan sonra 47 xal toplayıb.

Xatırladaq ki, 55 yaşlı Pep Qvardiola 2016-cı ildən etibarən “Mançester Siti”ni çalışdırır.

Избранный
7
veteninfo.az

1Источники