RU

Kividən daha çox C vitamini olan məhsullar AÇIQLANDI

ain.az bildirir, Bizim media portalına istinadən.

C vitamini immun sisteminin güclənməsində mühüm rol oynayır. Əksər insanlar bu vitaminin əsas mənbəyi kimi kivini tanısa da, aparılan araşdırmalar göstərir ki, bəzi qidalar C vitamini baxımından onu xeyli geridə qoyur.Bizim.Media bildirir ki, bir sıra meyvə və tərəvəzlər gündəlik C vitamini ehtiyacını daha yüksək səviyyədə qarşılaya bilir.Bunlara qırmızı dolmalıq bibər, qara qarağat, acı bibər və kakadu gavalısı daxildir. Xüsusilə kakadu gavalısı dünyada ən yüksək C vitamini tərkibinə malik məhsul hesab olunur.C vitamini suda həll olunan vitaminlər qrupuna aid olduğu üçün orqanizmdə toplanmır və mütəmadi şəkildə qida vasitəsilə qəbul edilməlidir. Bu vitamin kollagen sintezində iştirak edir, dəmirin mənimsənilməsini artırır və güclü antioksidant təsir göstərir. (pravda.az)Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
2
bizim.media

3Источники