RU

“”myGov” məlumatlarının paylaşılması ciddi hüquqi məsuliyyət yaradır” ŞƏRH

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda sosial şəbəkələrdə müzakirələrə səbəb olan və cəmiyyətdə ciddi narahatlıq doğuran yeni bir hadisə gündəmə gəlib.

Gununsesi.info xəbər verir ki, bir valideyn qızına elçi düşən ailədən myGov.az platformasına giriş üçün login və parol tələb edib. Sözügedən tələb “myGov-da bütün məlumatlar var, ailəni araşdırmalıyıq” arqumenti ilə əsaslandırılıb. Hadisə ictimaiyyət tərəfindən kəskin tənqid olunub.

Gununsesi.info -ya məsələ ilə bağlı hüquqşünas Esmira Rzayeva bildirib ki, myGov vətəndaşın şəxsi elektron hökumət platformasıdır və burada ən həssas məlumatlar saxlanılır:

“Şəxsiyyət vəsiqəsi məlumatları, ailə vəziyyəti, gəlirlər, əmlak, təhsil, sosial təminat və digər dövlət reyestrlərinə çıxış myGov üzərindən mümkündür. Bu məlumatların üçüncü şəxslərə verilməsi qanunvericiliyə ziddir və ciddi hüquqi risklər yaradır.”

Hüquqşünasın sözlərinə görə, belə bir tələbin irəli sürülməsi şəxsi həyatın toxunulmazlığının kobud şəkildə pozulması deməkdir və gələcəkdə inzibati və ya cinayət məsuliyyəti ilə nəticələnə bilər:

Esmira Rzayeva vurğulayıb ki, heç bir halda myGov və ya digər dövlət platformalarının giriş məlumatları paylaşılmamalıdır.

“Bəzi ailələr elçi düşən tərəfdən oğlanın sağlamlıq vəziyyəti ilə bağlı arayışlar və narkotest nəticələri də tələb edirlər. Hüquqşünaslar xatırladır ki, sağlamlıqla bağlı məlumatlar şəxsi məlumatlar hesab olunur və yalnız həmin şəxsin öz razılığı ilə təqdim edilə bilər“.

Afət

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
icma.az

1Источники