Əlcəzairli boksçu İman Xəlif 2028-ci il Yay Olimpiya Oyunlarında iştirak etmək üçün lazımi prosedurlardan keçmək niyyətində olduğunu açıqlayıb.
Adalet.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Əlbəttə ki, yarışmaq üçün nə lazımdırsa etməyə hazıram. Mən transgender deyiləm, qadınam. Həyatımı yaşamaq istəyirəm. Xahiş edirəm, məni siyasi məqsədlər üçün istifadə etməyin", - Xəlif bildirib.
Xəlif 2023-cü ildə Hindistanda keçirilən Beynəlxalq Boks Assosiasiyasının (IBA) Dünya Çempionatında gender testindən keçə bilməyib. Tayvanlı Lin Yutinq də həmin çempionatlarda oxşar testdən keçə bilmədi. Daha sonra Beynəlxalq Olimpiya Komitəsi hər iki idmançının 2024-cü il Yay Olimpiya Oyunlarında iştirakını təsdiqləyib. Xəlif 66 kq çəki dərəcəsində qızıl medal qazanıb.