Bakı. Trend:
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadiinkişaf Strategiyası”nın 2025-ci il üzrə icrasına dair illikhesabat layihəsinin müzakirəsi məqsədilə “Yaşıl enerji məkanı” İşçiqrupunun hibrid formada növbəti iclası keçirilib.
Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbərverir.
İclasa sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev“Yaşıl enerji məkanı” məqsədinin sosial-iqtisadi inkişafStrategiyasında mühüm yer tutduğunu və ölkəmizin gələcək inkişafmodelinin əsas sütunlarından biri olduğunu qeyd edib. Nazir müavinibildirib ki, bu istiqamətdə nəzərdə tutulan tədbirlər Azərbaycanındayanıqlı, ekoloji cəhətdən təmiz və innovativ enerji sisteminəkeçidini təmin etməklə yanaşı, qlobal iqlim məqsədlərinə də töhfəverəcəkdir. Samir Vəliyev ötən il üçün planlaşdırılmış 18 tədbirinicra vəziyyətini diqqətə çatdırıb, ümumilikdə Strategiyanın həyatakeçirilməsinin müsbət dinamika ilə müşayiət olunduğunuvurğulayıb.
Sonra İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili vəKommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini RamilHüseyn 2025-ci il üçün nəzərdə tutulmuş tədbirlər və onlarınicrasına dair təqdimatla çıxış edib. İclasda hesabata dair rəy vətəkliflər dinlənilib, müvafiq qeydlər aparılıb.
“Yaşıl enerji məkanı” İşçi qrupunda Energetika Nazirliyi vəİİTKM ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, KəndTəsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, FövqəladəHallar nazirliklərinin, Dövlət Statistika Komitəsi, DövlətŞəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, SOCAR,Mərkəzi Bank, Azərbaycan İnvestisiya Holdinqi, Azərbaycan MilliElmlər Akademiyası, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,“Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lərinnümayəndələri təmsil olunur.