RU

Filippində “Basyanq” fırtınası: reyslər ləğv edildi, minlərlə sərnişin yollarda qaldı

Bakı, 6 fevral, AZƏRTAC

Filippində tüğyan edən “Basyanq” tropik fırtınası nəticəsində onlarla aviareys ləğv edilib, minlərlə sərnişin hava limanlarında qalıb.

AZƏRTAC Filippinin PNA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb. Bildirilib ki, 32 reys təxirə salınıb və bu qərardan 7 mindən çox sərnişin zərər çəkib.

Qeyd edək ki, fırtınanın gətirdiyi güclü yağışlar Mindanaonun şimalındakı İliqan şəhərində daşqınlara yol açıb. Təhlükəli zonalarda yaşayan ailələr təxliyə olunub. Hazırda səlahiyyətli qurumlar fırtınanın hərəkət istiqamətini izləyir. Aviaşirkətlər isə uçuş cədvəllərində dəyişikliklər edib.

Избранный
63
1
azertag.az

2Источники