RU

Argentina millisinin üzvü "Real Madrid" ilə "Çelsi" arasında seçimini etdi - SON DURUM

Argentina millisinin və "Çelsi"nin yarımmüdafiəçisi Entso Fernandes klubunu dəyişmək qərarına gəlib. 

Fanat.Az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. 

Mənbənin məlumatına görə, yarımmüdafiəçi "Real Madrid"ə keçməyə can atır. Fernandes "dumanlı Albion"dakı hava şəraitindən məmnun deyil və günəşli bir ölkədə oynamaq istəyir. "Kral Klubu" da öz növbəsində argentinalı ulduzu heyətinə qatmaqda maraqlıdır. 

Entsonun bazar dəyəri 85 milyon avrodur və müqaviləyə əsasən 2032-ci ilə qədər "zadəganlar"a məxsusdur. 

Fernandes bu mövsüm 36 oyunda iştirak edib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Избранный
3
1
fanat.az

2Источники