ATƏT dərin böhran içindədir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri İnyatsio Kassis və Baş katib Feridun Sinirlioğlu ilə görüşdə bildirib.
Onun sözlərinə görə, ATƏT özünü məhv etmək təhdidi ilə üz-üzədir.
Lavrov bununla yanaşı qeyd edib ki, Rusiya İsveçrənin ATƏT-ə sədrlik edən kimi Moskva ilə dialoqu bərpa etmək marağını yüksək qiymətləndirir.