RU

Şaxtalı hava əkin sahələrində məhsuldarlığa necə təsir edəcək? FOTO

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Son üç gündə Şimal-Qərb rayonlarında qeyri-sabit hava şəraiti davam edir.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gecə bölgənin yüksək dağlıq ərazilərində temperatur mənfi 5-7 dərəcə arasında dəyişib.

 

Ötən gün ərazilərdə yağışlı və qismən qarlı hava şəraiti müşahidə olunsa da, bu gecə əsasən yağmursuz hava ilə davam edib. Havanın buludlu və qismən çiskinli-dumanlı olması isə yollarda buz bağlamanın qarşısını alıb.

Havanın şaxtalı olması əsasən əkin sahələrində zərərvericilərin məhvinə səbəb olur ki, bu da gələcək məhsul üçün zəmin yaradır.Qeyri-sabit hava şəraitinin gün ərzində davam edəcəyi bildirilir.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
1
bizim.media

2Источники