RU

Suriya dövlət televiziyasında kürd dilində yayım: İlk dəfə

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDG) arasında imzalanan razılaşmadan sonra Suriya dövlət televiziyası "Əl-İxbariyyə" ilk dəfə kürd dilində yayım edib.

"Cebheinfo.az" xəbər verir ki, "Əl-İxbariyyə" kanalının aparıcısı Məsud Barzaniyə yaxınlığı ilə tanınan "Suriya Kürd Milli Şurası (ENKS)" heyətinin Suriyanın təyin olunmuş Prezidenti Colani (Əhməd Şaraa) ilə Dəməşqdə  keçirdiyi görüşə dair xəbəri kürd dilində təqdim edib. ENKS üzvü Nemat Davud da Colani ilə keçirdikləri görüş barədə qiymətləndirmələrini bölüşüb. 

Davud Colani ilə danışıqların müsbət keçdiyini bildirərək, ölkənin rəsmi televiziyasında ilk dəfə kürd dilində yayım edilməsindən məmnunluğunu ifadə edib. Görüşlə bağlı Davud "Bu gün Suriya və kürd xalqı üçün tarixi bir gündür. 

Biz kürdlər olaraq Suriyanın bir parçası, tarix boyu da tərəfdaşı olduğumuzu düşünürük, gələcəkdə də tərəfdaş olmağı davam etdirəcəyik", – deyib. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
1
cebheinfo.az

2Источники