RU

Qanunsuz istifadə edilən kömür mədənində partlayış: 18 ölü

Hindistanın Meqhalaya əyalətində qanunsuz fəaliyyət göstərən kömür mədənində baş verən partlayış nəticəsində 18 nəfər həlak olub.

Turkustan.az xəbər verir ki, axtarış-xilasetmə əməliyyatları zamanı bir mədənçi ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hindistanın şimal-şərqindəki Meghalaya ştatının Şərqi Jaintia Hills bölgəsində qanunsuz fəaliyyət göstərən kömür mədənində naməlum səbəbdən partlayış baş verib.

Hadisə nəticəsində ağır yaralanan mədənçilərdən biri müalicə üçün xəstəxanaya aparılıb. Digər işçilərin mədəndə ilişib qalması ehtimalına qarşı axtarış-xilasetmə işləri davam edir və hadisə ilə bağlı araşdırma başlanılıb.

Aytən Yaşar/ Turkustan.az

Избранный
18
turkustan.az

1Источники