RU

Ukraynada səfərbər olunmuş əsgərlər imtahan verəcəklər

Təlim mərkəzlərindən bu yaxınlarda qayıdan səfərbər edilmiş hərbçilər üçün hərtərəfli imtahan tətbiq olunur.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski bildirib.

Onun sözlərinə görə, bu imtahan səfərbər edilmiş əsgərlərin bacarıqlarındakı boşluqları müəyyən etməyə və döyüş tapşırıqlarını yerinə yetirməzdən əvvəl əlavə təlim keçməyə kömək edəcək: “Rəylərin toplanması və təhlili üçün avtomatlaşdırılmış sistem tətbiq olunacaq. Bu, təlim bölməsində sosial və yaşayış şəraitindəki dəyişikliklərə reaksiya verməyə imkan verəcək”.

Bəxtiyar CƏFƏRLİ

Избранный
26
herbiand.az

1Источники