RU

Hillari Klintondan “Epşteyn işi” ilə bağlı çağırış: "İclas açıq keçirilsin"

ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton Nümayəndələr Palatasının Nəzarət Komitəsinin Epşteyn sənədləri ilə bağlı apardığı istintaq çərçivəsində ifadə verməyə razılıq verdib.

Amma o, araşdırmanın qapalı deyil, ictimaiyyətə açıq iclas şəklində keçirilməsi çağırışını edib. 

"Cebheinfo.az" xəbər verir ki, Klinton sosial media hesabından ölkədə yetkinlik yaşına çatmayan qız uşaqlarına qarşı fahişəlik şəbəkəsi qurduğu iddiası ilə mühakimə olunduğu vaxt həbsxanada ölü tapılan milyarder Ceffri Epşteyn sənədləri çərçivəsindəki istintaqla bağlı açıqlama verib. 

ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsindəki respublikaçılarla "altı ay boyunca xoş niyyətlə əməkdaşlıq etdiklərini" ifadə edən Klinton verdikləri məlumatların nəzərə alınmadığını deyib: 

"And altında bildiklərimizi onlara danışdıq. Onlar isə bütün bunları görməzdən gəldilər. Hədəflərini dəyişdilər və hesabatlılığı diqqəti başqa tərəfə çəkmək üçün bir vasitəyə çevirdilər”. Klinton Komitə sədri Ceyms Komera istintaq çərçivəsində qapalı iclas yerinə ictimaiyyətə açıq iclas keçirilməsi çağırışını edib: 

"İctimaiyyətin önündə, kameralar qarşısında keçirilən məhkəmə prosesindən daha şəffaf heç nə ola bilməz. Orada olacağıq". Xatırladaq ki, keçmiş prezident Bill Klinton və həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin Epşteyn sənədləri ilə bağlı istintaqı çərçivəsində ifadə verməyi qəbul ediblər. 

Komitə sədri Ceyms Komer Bill Klintonun 27 fevralda, Hillari Klintonun isə 26 fevralda qapalı iclasda, videoçəkiliş və protokol qaydasında ifadə verəcəyini açıqlayıb. ABŞ Prezidenti Donald Tramp Ceffri Epşteynə aid sənədlər çərçivəsində keçmiş prezident Bill Klintona qarşı aparılan istintaqdan narahatlığını ifadə edib. 

Избранный
14
1
cebheinfo.az

2Источники