RU

Şeyx Əbdüllə AKİ arasındakı savaş ın əsl səbəbi açıqlandı Qurultay davası

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Xalq artisti Şeyx Əbdül Mahmudbəyovla Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Rasim Balayev, ittifaqın icraçı katibi Əli İsa Cabbarov və Şəfiqə Məmmədovaya qarşı açdığı gərginliyin təfərrüatı məlum olub.

Qaynarinfo-ya daxil olan məlumata görə, tərəflər arasında "savaş" AKİ sədri  Rasim Balayevin son vaxtlar səhhətində yaranmış problemdən sonra başlayıb. Sədrin vəziyyətini bilən Şeyx Əbdül məsələ qaldırıb ki, Rasim Balayev xəstədir, ittifaqa gəlib-gedə bilmir. Bu səbəbdən də AKİ yenidən qurultay keçirməlidir. 

Bundan əlavə Xalq artisti növbəti qurultayda kino aktyoru və rejissoru, Əməkdar incəsənət xadimi Elxan Cəfərovun namizədliyini dəstəkləyəcəyini vurğulayb. Onun bu təklifi qarşı tərəfi qıcıqlandırıb. 

Elxan Cəfərov Qaynarinfo-ya açıqlamasında bu məsələdən xəbərsiz olduğunu bildirib:

"Mən yaradıcı adamam, özüm də ittifaqın üzvü də deyiləm. İttifaqda baş verən hadisələrdən və idarəçilik məsələləri ilə bağlı məlumatsızam".

Xatırladaq ki, bu günlərdə Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhəti kəskinləşib. Xəstəxanaya yerləşdirilən aktyor Azərbaycan Kinomatoqrafçılar İttifaqının sədri Rasim Balayev və Şəfiqə Məmmədovanın fəaliyyətini tənqid edib.

Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) aldığımız məlumata görə, sədr və idarə heyətinin səlahiyyət müddəti 2028-ci ildə başa çatacaq.

Bahar Rüstəmli 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
93
1
qaynarinfo.az

2Источники