RU

Piranyalar Argentina çimərliyində insanlara hücum edib

Dünən gecə Argentinada qorxunc hadisə baş verib. Viktoriya şəhəri yaxınlığındakı Parana çayında çimərlikdə istirahət edən insanlar bir anda suda nəyinsə onları dişlədiyini hiss edib və quruya qaçmağa başlayıblar.

Herbiand.az-ın xarici mətbuata istinadən bildirdiyinə görə, məlum olub ki, piranyalar dəstəsi dayaz sulara üzərək insanlara hücum edib.

Yırtıcı balıqların qurbanı olanların çoxu tibbi yardım almaq məcburiyyətində qalıb. Piranyalar bir çoxlarının dərisində parçaları qoparıb, bir kişinin isə barmağını dişləyiblər. Ümumilikdə, 46 nəfər hücuma məruz qalıb.

Mütəxəssislər qeyd edirlər ki, piranyaların insanlara hücumları Argentinanın çaylarında həddindən artıq yüksək temperatur səbəbindən mümkündür. Yırtıcı balıqlar insanlara yalnız dayaz suda hücum edə bilər. Mövcud iqlim isə suyun səviyyəsinin aşağı düşməsinə səbəb olub.

Bəxtiyar CƏFƏRLİ

Избранный
20
herbiand.az

1Источники