RU

İslamabadda cümə namazı zamanı partlayış: Ən az 15 nəfər həlak olub

İslamabadda cümə namazı zamanı partlayış: Ən az 15 nəfər həlak olub

Pakistanın paytaxtı İslamabadda cümə namazı vaxtı bir məsciddə baş verən partlayış nəticəsində ən azı 15 nəfər həyatını itirib, 80-dən çox insan yaralanıb.

"Geo News" qəzetinin verdiyi məlumata görə, hadisə paytaxtın Şehzad Taun bölgəsində, şiələrə məxsus olduğu bildirilən "İmam Bargah" məscidində cümə namazı zamanı qeydə alınıb.

Polis partlayışda ən az 15 nəfərin dünyasını dəyişdiyini, 80-dən çox şəxsin isə yaralandığını açıqlayıb. Təhlükəsizlik mənbələri partlayışın kamikadze hücumu nəticəsində törədildiyini qeyd ediblər.

Partlayışda xəsarət alan çox sayda insanın tibb müəssisələrinə çatdırıldığı bildirilib. Səlahiyyətli şəxslər İslamabaddakı Poliklinika Xəstəxanası, Pakistan Tibb Elmləri İnstitutu (PIMS) və CDA Xəstəxanasında fövqəladə vəziyyət elan edildiyini açıqlayıblar.

Hazırda təcili yardım və polis qrupları məscid ətrafında axtarış-xilasetmə işlərini və araşdırmalarını davam etdirir.

Избранный
56
afn.az

1Источники