RU

Həmin gecə Epşteynin kamerasına yaxınlaşan narıncı köynəkli kimdir? Nazirlik video yaydı

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Cefri Epsteynin öldüyü gecə (2019-cu il avqustun 9-dan 10-na keçən gecə) ilə bağlı müəmmalar çoxsaylı sualları cavabsız qoyub.Demokrat.az SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, hətta  ABŞ Ədliyyə Nazirliyinin həmin gecə ilə bağlı açıqladığı son sənədlər də bütün suallara cavab verməyib.Bununla belə yeni sənədlərdə kifayət qədər yeni detallar mövcuddur. Bu haqda bir qədər sonra, hələlik isə Epşteynin öldü(rüldü)yü gecə ilə bağlı bəzi maraqlı nüanslara göz ataq. Beləliklə...Müəmmalı ölümCeffri Epşteyn 2019-cu ilin avqustunda Nyu-Yorkdakı Metropolitan Correctional Center həbsxanasında saxlanırdı. O, uşaq cinsi alveri və başqa cinsi cinayətlər üzrə ittiham olunmuşdu və məhkəməyə çıxarılmasını gözləyirdi.10 avqust 2019-cu il səhərin erkən saatlarında o, kamerasında asılmış vəziyyətdə tapıldı. Dərhal hadisə yerinə çağırılan ekspertlər onun özünə qəsd nəticəsində öldüyünü bildirdilər. Amma ilk gündən indiyə qədər bu versiyaya inanmayanların sayı inananların sayından əhəmiyyətli şəkildə çox olub. Böyük əksəriyyət Epşteynin həmin gecə öldürüldüyünü düşünür.Şübhələri artıran faktlarHəmin gece Epşteyn kamerasında tək qalıb. Halbuki qaydalara görə xüsusilə təhlükəli hjesab edilən məhbusların tək saxlanılması qadağan idi, belələrinin mütləq şəkildə hücrə yoldaşı olmalı idi. Epşteyn də tək saxlanılmırdı,  amma məsələ burasındadır ki, onun dustaq yoldaşı 9 avqustda başqa həbsxanaya köçürülmüş, onun əvəzinə heç heç kim gətirilməmişdi.Daha bir müəmma: Həmin gecə iki nəzarətçi onun kamerasına nəzarət etməli idilər, lakin nədənsə bu, baş verməyib. Sənədlərdə  nəzarətçilərin guya yatıb qaldıqları və bu səbəbdən də öz işlərini düzgün yerinə yetirmədikləri qeyd edilib.Videogörüntülər və “itmiş dəqiqələr"Həbsxananın həmin gecəyə aid kamera görüntülərində və bir neçə dəqiqəlik çatışmayan kadrların olması aşkarlanıb. Bu da müxtəlif spekulyasiyalara yol açdı. Rəsmi açıqlamada bu yalnız texniki problemlə izah olunurdu.ABŞ Ədliyyə Nazirliyinin açıqladığı son sənədlərdə isə yeni kamera görüntüləri də paylaşılıb. Həmin görüntülərdə Epşteynin kamerasının yerləşdiyi təcrid olunmuş mərtəbəyə doğru narıncı geyimli bir şəxsin hərəkət etdiyi müşahidə olunub. Sənədlərdə bu şəxsin həmin mərtəbəyə aparılan başqa bir məhbus ola biləcəyi ehtimalını irəli sürüb. Amma nədənsə bu detal əvvəlki rəsmi hesabatlarda yer almayıb.Yeni sənədlərdə narıncı geyimli şəxsin yataq dəsti daşıyan naməlum bir həbsxana zabiti ola biləcəyi ehtimalı da irəli sürülür. Lakin diqqətçəkən məqam odur ki, Epşteynin öldüyü gecə növbətçi olan zabitlər bu şəxslə bağlı heç vaxt dindirilməyiblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
demokrat.az

1Источники