Pakistanın paytaxtı İslamabadda məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 31-ə çatıb.
Rayon administrasiyasının rəsmisi "Dawn" qəzetinə bildirib ki, paytaxtda cümə namazı zamanı məsciddə baş verən partlayış nəticəsində ən azı 31 nəfər ölüb, 169 nəfər yaralanıb.
***
Pakistanın paytaxtında İslamabad məscidində baş verən partlayış nəticəsində ölənlərin sayı ən azı 80 nəfərə çatıb.
Azreform.info xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.
“Sinxua”nın hüquq-mühafizə orqanlarının rəsmilərinə istinadən verdiyi açıqlamada deyilir: "İslamabaddakı məsciddə baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 80-dən çox insan yaralanıb".
Mürtəza