
Bu gün Binəqədi rayonu “İdrak” liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə (KTM) hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya KTM-in Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, aparılmış diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub. Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb.