RU

Ukrayna Odessa ilə bağlı QƏRAR VERDİ

Ukrayna Rusiyadan mümkün sülh sazişi çərçivəsində Odessa üçün aydın təhlükəsizlik təminatları tələb edir.

KONKRET.az xəbər verir ki, bu barədə TASS agentliyi Abu-Dabidə keçirilən danışıqlara yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu məsələ Kiyev üçün həyati əhəmiyyət daşıyır. Ukrayna tərəfi Rusiyanın Odessa istiqamətində hərbi əməliyyat aparmayacağına dair təminatları danışıqlar paketinin əsas elementlərindən biri kimi qiymətləndirir.

Danışıqlar zamanı bu təminatların hüquqi və ya siyasi mexanizmlərlə rəsmiləşdirilməsi müzakirə olunur.

Rusiyanın və Ukraynanın ABŞ vasitəçiliyi ilə ikinci raund danışıqları 4–5 fevral tarixlərində Abu-Dabidə keçirilib. Danışıqlar prosesində Ukraynanın cənub regionları, o cümlədən Odessa üçün təhlükəsizlik təminatları mühüm mövzulardan biri olub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
108
konkret.az

1Источники