RU

ABŞ BMT xətti ilə KXDR ə humanitar yardımın qarşısını almağı dayandıracaq

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ BMT xətti ilə Koreya Xalq Demokratik Respublikasına (KXDR) humanitar yardımın ayrılmasını artıq bloklamayacaq.

Bizimyol.info xəbər verir ki, bununla belə, Vaşinqton bu addımı xoşməramlı jest kimi dəyərləndirmir. Bu barədə "The Wall Street Journal" (WSJ) nəşri mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, ABŞ BMT-nin sanksiya rejimi çərçivəsində Pxenyana münasibətdə tətbiq edilən bütün istisnalar üzrə bloklamaları aradan qaldırmağı planlaşdırır ki, bu da ölkəyə beynəlxalq humanitar yardımın çatdırılmasına imkan yaradacaq. Qeyd olunur ki, KXDR-ə göndərilən bütün humanitar yardımlar BMT-nin sanksiyalar komitəsinin icazəsini tələb edir.

Cənubi Koreya rəsmisinin fikrincə, bu addım ABŞ tərəfindən xoşməramlı jest kimi qiymətləndirilə və Pxenyanla qarşılıqlı əlaqələrin bərpası üçün başlanğıc nöqtəsi ola bilər. Lakin amerikalı rəsminin sözlərinə görə, humanitar yardımın çatdırılmasına qoyulan məhdudiyyətlərin götürülməsi Vaşinqton tərəfindən belə bir jest kimi nəzərdə tutulmayıb. O bildirib ki, ABŞ administrasiyası faktiki olaraq yardımların çatdırılmasını əngəlləyən yardım mexanizmlərinin yoxlanılması prosesini artıq başa çatdırır.

ABŞ-ın qeyri-hökumət təşkilatı olan KXDR üzrə Milli Komitənin məlumatına əsasən, humanitar yardım tədarükü ilə bağlı müraciətlərin icrası 2025-ci ilin iyul ayında dayandırılıb. Təşkilatda hesab edirlər ki, bu cür dondurma Pxenyanla Vaşinqton arasında münasibətlərin inkişafı üçün fürsətin əldən verilməsi olub. Eyni zamanda bildirilir ki, KXDR-ə humanitar yardımın çatdırılmasında ənənəvi olaraq amerikalı qruplara məxsus olan rolları son dövrlərdə getdikcə daha çox Rusiya humanitar təşkilatları üzərinə götürür.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
bizimyol.info

1Источники