Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İspaniyanın Kral Kubokunun 2025/26 mövsümü üzrə yarımfinal mərhələsinin püşkü atılıb.
İdman.Biz xəbər verir ki, püşkün nəticələrinə əsasən yarımfinalda aşağıdakı cütlüklər formalaşıb. Madrid “Atletiko”su “Barselona”nı, “Atletik” isə “Real Sosyedad”ı qəbul edəcək.
Yarımfinal mərhələsinin ilk oyunları 12 fevral, cavab görüşləri 5 mart tarixlərində keçiriləcək. Turnirin final qarşılaşması aprel ayında Sevilya şəhərində yerləşən “Olimpiko de Sevilya - La Kartuxa” stadionunda baş tutacaq.
Qeyd edək ki, hazırkı Kral Kubokunun qalibi “Barselona”dır. Kataloniya təmsilçisi ötən mövsümün finalında Madridin “Real” klubunu 3:2 hesabı ilə, əlavə vaxtda məğlub edib. “Barselona” ümumilikdə 32 kubokla turnirin ən titullu klubu hesab olunur. “Atletik” bu turniri 24, “Real” isə 20 dəfə qazanıb.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.