Tovuzda yanğın hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində baş verib. Yanğın baş verən evdə kişi meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Meyiti tapılan şəxsin 1942-ci il təvəllüdlü C.Kazımov olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info