RU

Tovuzda yanğın olan evdə 84 yaşlı kişinin meyiti tapılıb

Tovuzda yanğın hadisəsi baş verib.

Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.

Yanğın baş verən evdə kişi meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Meyiti tapılan şəxsin 1942-ci il təvəllüdlü C.Kazımov olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
17
8
far.az

9Источники