RU

Pərvanə Cəlallı: “GəncVİZYON” gənclər üçün açıq və yaradıcı platforma rolunu oynayır

Bakı, 6 fevral, Nailə Həsənova, foto Azər İbrahimov, AZƏRTAC

Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirlərin davamı olaraq, Gənclər Fondu tərəfindən həyata keçirilən “GəncVİZYON” layihəsi, yaxud ideyaton gənclərin ideyalarını konseptual formada reallaşdıraraq təqdim etmələri üçün açıq və yaradıcı platforma rolunu oynayır. Bu ideyaton gənclərə komanda işi və liderlik, ünsiyyət və təqdimat bacarıqlarını inkişaf etdirməyə, eyni zamanda, yaradıcı və innovativ ideyalarını ortaya qoymağa, onların potensiallarını aşkara çıxarmağa dəstək göstərir.

AZƏRTAC xəbər verir ki, bunu “GəncVİZYON” ideyatonunun qaliblərinin mükafatlandırılması mərasimi çərçivəsində Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı bildirib.

"Bu gün gənclər 40 komanda formasında öz layihələrini təqdim ediblər Münsiflər heyətinin dəyərləndirməsi əsasında isə artıq 3 komanda qalib seçilib", - deyə o vurğulayıb.

 

Избранный
84
2
azertag.az

3Источники