RU

Gədəbəydə sənayenin göstəriciləri haqqında məlumat açıqlanıb » AzadMedia.az


Gədəbəy Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2025-ci ildə rayonun sənaye sektorunda artım müşahidə olunmuşdur. 2025-ci ildə rayondakı sənaye müəssisələri və fərdi sahibkarlar tərəfindən ümumilikdə 329189,9 min manatlıq məhsul və xidmət istehsal edilmişdir. Bu göstərici 2024-cü illə müqayisədə 12,5 faiz çox sənaye məhsulu istehsal edilmiş və sənaye xidmətləri göstərilmişdir. Malların istehsalı və xidmətlərin göstərilməsinin 322914,3 min manatı qeyri-dövlət sektorunun payına düşmüş. Bu göstəricilər bir daha göstərir ki, rayon üzrə sənaye sektorunda qeyri-dövlət sektorunun rolu sürətlə artmış və 2024-cü illə müqayisədə real ifadə də 3,9 dəfə artmışdır.

Sənaye məhsulunun 89,4 faizi mədənçıxarma sektorunda, 8,7 faizi emal sektorunda, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sahəsində istehsalın ümumi dəyəri 294366,8 min manat olmaqla, əvvəlki ilə nisbətən 3,4 dəfə artmışdır. Bu göstərici rayonun təbii ehtiyatlarının səmərəli istifadəsinin və sənaye aktivliyinin artmasının bariz nümunəsidir.

Emal sənayesində də inkişaf tempi müşahidə olunmuşdur. 2025-ci ildə 28547,5 min manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Rayon üzrə məhsul istehsalının ümumi həcmində 8,7 faiz təşkil etmiş və 2024-cü ilin müvafiq dövrünə nisbətən 25,4 faiz artmışdır. İçki məhsullarının istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən artaraq 19082,8 min manat olmuş və emal sənayesi sektorunun 66,8 faizini təşkil etmişdir. Emal sektorunda içki məhsullarının istehsalı 23,7 faiz və tikinti materiallarının istehsalı 5,6 faiz artmışdır.

Elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində müsbət dinamika vardır. Müəssisələr tərəfindən 2025-ci ildə 5937,9 min manatlıq məhsul buraxılmış və xidmətlər göstərilmiş və 2024-cü illə müqayisədə 5,8 faiz azalmışdır.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsalın real həcmi 337,7 min manat təşkil etmişdir. 2024-cü illə müqayisədə 7,9 faiz artmışdır.

Ümumilikdə, bu göstəricilər əsasında 2025-ci il ərzində rayonda sənaye istehsalının yüksəlişi, qeyri-dövlət sektorunun fəallaşması və iqtisadi artımın davam etməsi ilə yadda qalmışdır. Bu nəticələr rayon üzrə sənaye potensialının gücləndiyinin və inkişafının göstəricisidir.





Gədəbəy Rayon Statistika İdarəsi
Избранный
13
1
azadmedia.az

2Источники