Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"İdrak" liseyində baş vermiş güllələnmə hadisəsi ölkə ictimaiyyətini dərin sarsıdıb. Belə ekstremal və travmatik vəziyyətlərdə uşaqların emosional və psixoloji vəziyyəti xüsusilə həssas olur. Təəssüf ki, bəzi jurnalistlər hadisə yerində azyaşlı məktəblilərdən intervyu alıblar ki, bu, etik prinsiplərə ziddir. Bu, jurnalistlərin peşəkarlıq və etik məsuliyyət məsələsini yenidən gündəmə gətirir.Məsələ ilə bağlı Əməkdar jurnalist Qulu Məhərrəmli Demokrat.az-a bildirib ki, belə ekstremal şəraitdə azyaşlı uşağın danışdırılması etik qaydalara uyğun deyil:"Bu, beynəlxalq jurnalistika praktikasında qəbul olunmuş əsas prinsiplərdəndir. Azərbaycan jurnalistlərinin etik davranış kodeksində də azyaşlılarla işləyərkən xüsusi həssaslıq tələbi ayrıca vurğulanır. Yəni, sensasiya və operativlik naminə uşağın psixoloji durumuna zərər verə biləcək addımlar atılmamalıdır".O bildirib ki, bəzi gənc həmkarlarımız bu məqamda yetərli peşəkarlıq nümayiş etdirməyiblər:"Bu cür hallarda jurnalist yalnız informasiya əldə edən tərəf deyil, həm də ictimai məsuliyyət daşıyan şəxsdir. Ona görə də situasiyanı düzgün qiymətləndirmək və etik sərhədləri qorumaq vacibdir. Bu məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurasının da aydın mövqeyi var. Şura dəfələrlə bəyan edib ki, azyaşlıların mediada iştirakı zamanı onların hüquqları və təhlükəsizliyi prioritet olmalıdır".Qulu Məhərrəmli deyib ki, jurnalistlər belə situasiyalarda gərək daha hazırlıqlı və peşəkar davransınlar ki, sonradan ictimai narazılıq və etik müzakirələr yaranmasın.Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.