RU

“Mançester Yunayted” onun gələcəyi ilə bağlı qərarını verdi

“Mançester Yunayted” yarımmüdafiəçisi Kobbi Mainunun gələcəyi ilə bağlı qərarını verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 20 yaşlı futbolçu ilə müqavilənin müddətini uzatmağı planlaşdırır və yaxın vaxtlarda danışıqlara başlayacaq.

İngiltərəli oyunçunun hazırkı sözləşməsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, cari mövsümdə İngiltərə Premyer Liqasında 15 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib.

“Mançester Yunayted” hazırda Premyer Liqada turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Избранный
68
sportinfo.az

1Источники