RU

Respublikaçıları Konqresin hər iki palatasında nəzarəti itirə bilərlər

Respublikaçıları Konqresin hər iki palatasında nəzarəti itirə bilərlər

ABŞ-da hakim Respublikaçılar Partiyası bu ilin payızında keçiriləcək aralıq seçkilərin yekunlarına əsasən həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğu itirmək ehtimalını qəbul edir.

AFN.az xəbər verir ki, bu barədə "Axios" portalı partiya strateqlərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, respublikaçı strateqlər ilk dəfə olaraq Senatda nəzarətin itirilməsini real senari hesab edirlər. Hazırda yuxarı palatada 53-47 nisbəti ilə üstünlüyə malik olan partiya üzvləri nəzarəti saxlamaq üçün gözlədiklərindən daha çətin mübarizə aparmalı olacaqlar. Hər iki palatanın Demokratlar Partiyasının nəzarətinə keçməsi ölkədə böyük siyasi təlatüm hesab oluna bilər. Bu ssenari Ağ Evə nəzarət edən respublikaçıların növbəti iki il ərzində fəaliyyətinin əhəmiyyətli dərəcədə məhdudlaşması deməkdir.

Bildirilir ki, respublikaçıların mövqeləri yalnız tərəddüd edən ştatlarda deyil, hətta Ayova, Alyaska və Ohayo kimi ənənəvi mühafizəkar bölgələrdə də zəifləyib. Strateqlər immiqrasiya və iqtisadiyyat məsələlərinin hazırda partiyanın zəif nöqtələrinə çevrildiyini etiraf edirlər.

ABŞ-da aralıq seçkilər 3 noyabr 2026-cı il tarixində keçiriləcək. Həmin gün Senatın üçdə biri və Nümayəndələr Palatasının tam heyəti yenidən seçiləcək.

Избранный
21
afn.az

1Источники