RU

Kolumbiyada dəhşətli sel: 6 ölü, 15 min zərərçəkən

Kolumbiyada dəhşətli sel: 6 ölü, 15 min zərərçəkən

Kolumbiya Milli Fəlakət Risklərinin İdarə Edilməsi Bölməsinin (UNGRD) hesabatlarına görə, ölkədə baş verən sel fəlakəti nəticəsində 6 nəfər həyatını itirib.

Kolumbiyada hökm sürən əlverişsiz hava şəraiti ölkənin bir çox bölgəsində daşqınlara səbəb olub. Səlahiyyətli şəxslər 240-a yaxın sel hadisəsinin qeydə alındığını, bir çox çay və dərənin məcrasından çıxdığını, sahil dalğalarında ciddi artım müşahidə edildiyini və bu vəziyyətdən ölkə boyu 15 mindən çox insanın zərər çəkdiyini açıqlayıblar.

Kolumbiya Hidrologiya, Meteorologiya və Ətraf Mühit İnstitutu (IDEAM) bildirib ki, ölkədə təsirli olan soyuq hava cəbhəsi Antioquia, Cordoba, Sucre, Bolivar, Atlantico, Magdalena, Cesar və La Guajira əyalətlərində yağıntıları intensivləşdirib. Ölkənin mərkəzi və cənub bölgələrindəki Santander, Cauca, Valle del Cauca, Tolima, Huila, Cundinamarca, Boyaca, Narino və "Qəhvə Qurşağı" kimi tanınan zonada da yağıntıların artdığı qeyd olunub.

Ölkə üzrə 6 nəfər həlak olub

Ölkənin şimalındakı Kordoba (Cordoba) əyaləti yağıntılardan ən çox zərər görən bölgə olub. UNGRD-nin məlumatlarına görə, 5 mindən çox ailə seldən mənfi təsirlənib. Səlahiyyətlilər ilkin hesabatlara əsasən əyalətdə 3 nəfərin öldüyünü, ölkə üzrə isə ümumilikdə 6 can itkisinin təsdiqləndiyini bildiriblər. Bu ölümlərdən 4-nün Valle del Cauca, 2-nin isə Magdalena bölgəsində baş verdiyi qeyd edilib.

Tierralta bölgəsinin 80 faizi su altında qaldı

UNGRD Kordobada ən çox zərər görən bələdiyyənin Tierralta olduğunu açıqlayıb. Bölgədə 8 min hektardan çox kənd təsərrüfatı torpağının ziyan gördüyü və ərazinin təxminən 80 faizinin su altında qaldığı bildirilib. Tierralta bələdiyyə sədri Jesus David Contreras hadisə ilə bağlı ilkin araşdırmaları "fəlakət" kimi xarakterizə edib: "Hazırda bələdiyyə üzrə davam edən siyahıyaalmalarda 5 min 109 ailənin hadisədən zərər çəkdiyi qeydə alınıb".

Yağışlar davam edəcək

Kolumbiyada şiddətli yağışların təsirini sürdürəcəyi gözlənilir. Ekspertlər əlverişsiz hava şəraitinin 9 fevrala qədər davam edəcəyini açıqlayıballar. Kordoba Universitetinin akademiki Teobaldis Merkado isə yerli mətbuata verdiyi açıqlamada ən intensiv yağışın sabah gözlənildiyini və yağışın şiddətinin 55% ilə 100% arasında dəyişə biləcəyini qeyd edib.

Избранный
21
afn.az

1Источники