RU

Beynimiz bizə buna görə zərər verirmiş

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Klinik psixoloq Çarli Heriot-Meytlend yeni kitabında dırnaq yemək, işi son ana saxlamaq və ya daimi özünütənqid kimi vərdişlərin əsl səbəbini açıqlayıb. Mütəxəssisin fikrincə, bu cür davranışlar sadəcə zərərli vərdiş deyil, beynin sağ qalmaq üçün işə saldığı gizli müdafiə sistemidir.Demokrat.az-ın məlumatına görə Heriot-Meytlend qeyd edir ki, insan beyni üçün təhlükəsizlik hissi xoşbəxtlikdən daha öndə gəlir. Məsələn, bir şəxs uğursuzluqdan və ya tənqid olunmaqdan qorxduğu üçün işlərini təxirə salırsa, beyin burada naməlum risklərdən qaçmağa çalışır. Yəni orqanizm nəticəsi bəlli olmayan böyük stressin əvəzinə, özünün yaratdığı və nəzarət edə bildiyi kiçik narahatlığı seçir.Mükəmməlliyyətçilik və detallara həddindən artıq fokuslanmaq da eyni məntiqlə işləyir. İnsan səhv etmək riskini sıfırlamağa çalışarkən əslində emosional olaraq tükənir. Psixoloq vurğulayır ki, özünü tənqid etmək də bir növ nəzarət mexanizmidir; insan özünü hamıdan əvvəl danlamaqla kənardan gələ biləcək zərbənin təsirini azaltmaq istəyir.Lakin bu müdafiə üsulları zamanla əks-təsir göstərərək şəxsi münasibətlərə və iş performansına zərər vurmağa başlayır. Ekspert hesab edir ki, bu vərdişlərlə mübarizə aparmaqdan öncə onları yaradan köklü səbəbləri tapmaq lazımdır. Çünki bu mexanizmləri tamamilə yox etmək yox, onların həyatı iflic etməsinin qarşısını almaq əsas hədəf olmalıdır.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
40
demokrat.az

1Источники