RU

Milyonçu olduğundan xəbəri belə yoxdur: zaman daralır

Fransada keçirilən "My Million" lotereyasında 1 milyon avro qazanan şəxs hələ də ortaya çıxmayıb. Əgər bəxtəvər qalib fevralın 9-na qədər müraciət etməsə, bütün məbləğ dövlət fonduna köçürüləcək.

Publika.az xəbər verir ki, Fransanın rəsmi lotereya qurumu olan FDJ (La Française des Jeux) tərəfindən verilən məlumata görə, 12 dekabr 2025-ci il tarixində keçirilən tirajda 1 milyon avro qazanan biletin sahibi hələ də mükafatını götürməyib. Qanunvericiliyə görə, mükafatın alınması üçün müəyyən edilmiş 60 günlük müddət 9 fevral Bazar ertəsi günü saat 23:59-da başa çatır.

Lotereya qurumu bileti tapan şəxsin yoxlaması üçün bəzi məlumatları ictimaiyyətlə paylaşıb:

Uduşlu Kod: QP 012 5788

Oynanıldığı Bölgə: Voklüz (Vaucluse) departamenti

Избранный
29
3
publika.az

4Источники