RU

Tramp: İran razılaşmaya hazırdır, amma ABŞ tələsmir

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Vaşinqton hesab edir ki, Tehran İranın nüvə proqramı ilə bağlı razılığa gəlməyə can atır, lakin ABŞ razılaşmaya əldə etməyə tələsmir.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp cümə günü Floridaya gedərkən təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“İranla bağlı çox yaxşı danışıqlarımız olub. Görünür, İran razılaşma bağlamağı çox istəyir. Gərək baxaq görək bu hansı razılaşmadır”, – deyə Vaşinqton administrasiyasının rəhbəri bildirib.

“Keçən dəfə onlar bunu etməməyə qərar vermişdilər. Amma bu dəfə, ola bilsin ki, fərqli mövqedədirlər”, – deyə o əlavə edib.

“Bizim kifayət qədər vaxtımız var. Əgər Venesuelanı xatırlasanız, biz bir müddət gözlədik. İran məsələsində də tələsmirik”, – deyə Tramp vurğulayıb.

“Bizim böyük bir armadamız, böyük donanmamız var və o, bu istiqamətdə hərəkət edir. O, kifayət qədər tez orada olacaq”, – deyə o, ABŞ qüvvələrinin İrana yaxın ərazilərə köçürülməsini nəzərdə tutaraq bildirib.

Mümkün razılaşmaların şərtlərindən danışan ABŞ prezidenti xüsusilə qeyd edib: “Ən əsas məsələ budur: İranın nüvə silahı olmamalıdır”.

“Əgər iki il əvvəl belə bir razılaşma bağlamaq mümkün olsaydı, biz bunu edərdik, amma onlar istəmirdilər. İndi isə istəyirlər”, – Tramp İran tərəfini nəzərdə tutaraq bildirib. – “Onlar bir il yarım əvvəl və hətta bir il əvvəl etməyə hazır olduqlarından qat-qat artıq addımlar atmağa hazırdırlar”.

İranın nüvə proqramı ətrafında yaranmış böhranın tənzimlənməsi ilə bağlı İran və ABŞ arasında danışıqların yeni mərhələsi cümə günü Maskatda keçirilib. İran nümayəndə heyətinə ölkənin xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edib. ABŞ nümayəndə heyətinin başında isə ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff dayanıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
bizimyol.info

1Источники