Hurriyyet portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İngiltərə millisinin əfsanəsi Alan Şirer Kriştiano Ronaldunun Səudiyyə Ərəbistanı Pro Liqasının rəhbərliyindən narazı qaldığı üçün “Əl-Nəsr”in oyunlarını boykot etməsi ilə bağlı qərarına münasibət bildirib.
Publika.az xəbər verir ki, o, portuqaliyalı superulduzu tənqid edib:
“Dünyada gündə 400 min funt sterlinqdən çox qazanan və eyni zamanda tətil elan edən insanlar o qədər də çox deyil. Görünür, bu qədər pul qazanaraq “mən işə gəlmirəm” demək xoş hissdir. Bu qəribədir. Bəli, o superulduzdur, amma bu səviyyədə tətil etmək heç də xoş görünmür”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.