RU

Moskva aeroportu son anda terrordan xilas olub: Təhlükəsizlik zabiti saxlanıldı

ain.az, Hurriyyet portalına istinadən məlumat verir.

Rusiyada hava limanının əməkdaşı həbs edilib.

Hurriyyet.org xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Saytın əldə etdiyi sənədlərə görə, Moskva məhkəməsi paytaxt hava limanlarından birində aviasiya təhlükəsizliyi zabitini terrorizmin maliyyələşdirilməsi işi ilə əlaqədar həbsə atdıb.

Hələlik adı açıqlanmayan və inspektor kimi çalışan kişi Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsi - "Terror fəaliyyətinə kömək" ilə ittiham olunub. Məhkəmə onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

İş materiallarına görə, təqsirləndirilən şəxs günahını tam etiraf edib. O, ilk dindirilmədə etiraf ifadəsi verib və istintaqla əməkdaşlıq edir.

Qeyd edilib ki, terror fəaliyyətinə kömək etdiyinə görə təhlükəsizlik xidməti əməkdaşını ömürlük həbs cəzası gözləyir. Təqsirləndirilən şəxs həbsdən apelyasiya şikayəti verməyə çalışsa da, apelyasiya məhkəməsi şikayəti rədd edib. Moskva Şəhər Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
hurriyyet.az

2Источники