Bakı.Trend:
Son illərdə Azərbaycanda qış turizmi sürətlə inkişaf edən vəturistlərin maraq göstərdiyi əsas səyahət və istirahət sahələrindənbirinə çevrilib. Qış mövsümündə yerli və xarici turist axınımehmanxana infrastrukturuna olan tələbatı əhəmiyyətli dərəcədəartırır.
Bu dövrdə hotellərlə yanaşı, günlük kirayə mənzillər dəturistlər üçün alternativ və çevik yerləşmə imkanı yaradır.Xüsusilə ailəvi istirahətə üstünlük verən və daha sərbəst şəraitaxtaran turistlər üçün kirayə mənzillər həm qiymət, həm də rahatlıqbaxımından cəlbedici hesab olunur. Hotellər isə beynəlxalqstandartlara uyğun xidmət səviyyəsi, təhlükəsizlik və əlavəistirahət imkanları ilə qış turizminin əsas dayaqlarından biriolaraq qalır.
Qış mövsümündə Azərbaycanda hotel və fərdi evlərdə günlük kirayəqiymətləri hansı aralıqda dəyişir?
Mövzuyla bağlı Trend-ə məlumat verən turizm eksperti Ceyhun Aşurovbildirib ki, Azərbaycanda turizm sektoru 2025-ci ili təxminən2%-lik geriləmə ilə başa vurub.
“Hazırda qış fəslindəyik və mövsümə uyğun olaraq ölkəyə xaricdəngələnlərin sayı az olsa da, ölkə daxilində dinamika qalmaqdadır.Yerli sakinlərin hesabına ölkə daxilində turizm sahəsində aktivlikmüşahidə edilir. Daha çox paytaxta yaxın ərazilərə yerlituristlərin səfərləri müşahidə olunur”.
Ekspert bildirib ki, turistlər hazırda daha çox qıştəsisatlarının olduğu Quba, Qusar və Qəbələ istiqamətlərinəsəfərlər edirlər.
“Bu bölgələrdəki beşulduzlu hotellərdə bir gecəlik qalmaq haqqı200-300 manat, fərdi evlərin bir günlüyü 50 manatdan 150 manatadək,villalarda isə qiymətlər 100-500 manat aralığında dəyişir. Təbiiki, qeyd etdiyim qiymətlərə həftəsonları, bayram günləri dətəsirini göstərir. Bu bölgələrlə yanaşı, Lənkəran, İsmayıllı,Gəncə, Naftalan istiqamətlərinə də gedən turistlərimizin sayı azdeyil. Həmin bölgələrdə hotel və mənzillərin günlük istifadə haqqıdaha aşağı olur”, - deyə o əlavə edib.
Turizm eksperti Əziz Şiriyev Trend-ə açıqlamasında bildirib ki, regionlardaqış günlərində dincəlmək üçün insanların bəziləri yalnız beşulduzluhotellərə, bəziləri isə müalicəvi istirahət mərkəzlərinə üztuturlar.
Onun sözlərinə görə, Qalaaltı hazırda təmirdədir deyə, insanlarLənkəran istiqamətinə yönəlirlər. Hazırda hotellərdə qisməndurğunluq dövrüdür deyə müxtəlif endirim kampaniyaları təklifedilir.
Ə.Şiriyev vurğulayıb ki, hazırda turizm cəhətdən Qəbələ və Qusaristiqaməti də populyardır:
“Qusarda Şahdağ turizm kompleksi, Qəbələdə isə Qəbələ Tufandağturizm kompleksləri xizək və kanat xətlərinə görə məşhurdur”.
Mütəxəssislərin fikrincə, qış turizminə marağın artmasıregionlarda yerləşmə xidmətləri bazarında rəqabəti gücləndirir vəqiymətlərin mövsümə uyğun formalaşmasına səbəb olur. Gözləntilərəgörə, qarşıdakı aylarda daxili turizm axınının davam etməsi busahədə aktivliyi qoruyub saxlayacaq.